SON MƏLUMATLAR
- Milli Qəhrəman İmamverdi Əliy....
- Dünya Çempionatinda qızıl med..
- Rayon Turnirinə idmançıla.........
- Ukraynada keçirilən ...............
İnternet Səhifəmizə Xoş Gəlmişsiniz!

Rəhman Hüseynov
AŞİB KARATE KLUBU
AŞİB Karate Klubu 2006-cı ilin Aprel ayında İmişli Şəkər Zavodunun keçmiş direktoru Selahattin Hun və İmişli rayonunda Karate məşqçisi kimi fəaliyyət göstərən Rəhman Hüseynov tərəfindən qurulmuşdur. AŞİB Karate Klubu yarandıqdan sonra klubun karateçiləri Respublika və Beynəlxalq yarışlarda İmişli Şəkər Zavodunn maddi və mənəvi dəstəyi ilə uğurla iştirak etmişlər. Klubda 100-ə yaxın uşaqlar, yeniyetmələr və gənclər heç bir yerə pul ödəmədən karate ilə məşğul olurlar. İmişli rayonunda fəaliyyət gstərən AŞİB Karate Klubu İmişli Şəkər Zavodunun Rəhbərliyi tərəfindən göstərdiyi maddi və mənəvi köməklik nəticəsində şəhid ailələrinin, yoxsul ailələrinvalideynlərini itirən ailələrin övladlarını karate döyüş növünə cəlb edir, sağlam və döyüşçü ruhunda böyüməsinə, gələcəkdə hərbi xidmətə tam yararlı olmasına köməklik edir. AŞİB Karate Klubunun baş məşqçisi Rəhman Hüseynov cənab Abdolbarı Goozal bəylə görüşərək İmişlidə olan bu karate klubuna göstərilən diqqət və qayğıya görə idmançılar və valdeynlər adlarından minnətdarlığını bildirdi. Hörmətli Goozal bəy idmanlar məşğul olan idmançılara, yeniyetmələrə və gənclərə daha da dəstək olaraq bildirdi ki, hər zaman Azərbaycan bayrağını uca tutaraq gələcək məşqlərdə və yarışlarda uğurlar arzu edirəm. AŞİB Karate Klubunda Respublika yarışlarında, Dünya və Avropa yarışlarında yüksək nailiyyət qazanan karateçilərimiz var. Karateçilərimiz Beynəlxalq yarışlarda dəfələrlə erməni karateçilərini məğlub ediblər, budan sonra da AŞİB Karate Klubuna göstərilən etimadı hər zaman doğrultmağımıza söz veririk.
